Oman parlamenti Azərbaycanla bağlı saziş layihəsini müzakirə edəcək

media-hightechnic-468x90

Oman-Azərbaycan ikiqat vergitutma sazişi Şura Məclisində (Oman parlamenti) müzakirə ediləcək.

media-banner_tuq

Yenicag.az “Oman Observer”ə isatinadən xəbər verir ki, müzakirə parlamentin sabah keçiriləcək iclasında baş tutacaq.

“Oman Sultanlığı Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında gəlir vergilərinə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması, vergidən yayınmanın və vergidən yayınma hallarının qarşısının alınması haqqında Saziş” layihəsi Oman Şura Məclisində müzakirə olunacaq”, – məlumatda bildirib.

Şura Məclisinin Baş katibi Şeyx Əhməd bin Məhəmməd Əl Nədabi bildirib ki, parlament təqdim edilən qanun layihələri, sazişlər və təkliflərin öyrənilməsi vasitəsilə qanunvericilik vəzifələrini yerinə yetirməyə davam edir. Bu isə qanunvericilik bazasının inkişafına və dövlət siyasətinin təkmilləşdirilməsinə töhfə verir.

Əl Nədabi əlavə edib ki, qarşıdan gələn sessiyada həmçinin aztəminatlı ailələr, işdən çıxarılmış işçilər və humanitar hallar üçün əsas xidmətlərin dayandırılmasının qarşısının alınmasını tənzimləyən qanun layihəsi də müzakirə olunacaq.

Sessiya daha sonra inkişaf, iqtisadi və sosial məsələləri əhatə edən bir sıra təklif və hesabatlar nəzərdən keçiriləcək. Bunlara bilik iqtisadiyyatının gücləndirilməsi, korporativ vergi prosedurlarını dövlət ödənişləri ilə əlaqələndirən sistemin yaradılması, iqtisadi diplomatiyanın təsiri və performansının qiymətləndirilməsi, sosial mənzil proqramlarının və subsidiyalaşdırılan mənzil kreditlərinin inkişaf etdirilməsi, turizm siyasətinin qiymətləndirilməsi və gələcək kənd təsərrüfatı şəhərləri ilə bağlı imkan və çağırışların nəzərdən keçirilməsi daxildir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05