13 yaşlı qızı zorlayan şəxsə ibrətlik cəza

media-hightechnic-468x90

tecavuzcuye-ibretlik-ceza-6063989Taylandın Praçuap Kiri Xan şəhərində yerli məhkəmə 13 yaşlı qızı zorlayıb daha sonra öldürən şəxs haqqında edam qərarı verib.

Yenicag.az xəbər verir ki, ötən ilin 5 iyulunda gecə qatarda səfər edən zaman yuxulayan 13 yaşlı qız bələdçi işləyən 23 yaşlı oğlan tərəfindən zorlanır. Daha sonra cinayətkar onu qatarın pəncərəsindən aşağı ataraq öldürür.

Sangekao adlı cinayətkar bu il məhkəmə qarşısına çıxarılır. Ona azyaşlını zorladığı üçün 9 il, qızın əşyalarını oğurladığı üçün 5 il, narkotik istifadəsinə görə 6 ay və qızı vəhşicəsinə öldürdüyü üçün edam cəzası verilib. Cinayətkar cəzasını yüngülləşdirməsini xahiş etsə də məhkəmə onun bu xahişini rədd edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600