NATO Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını dəyişdi

media-hightechnic-468x90

NATO rəhbərliyi Baltik ölkələrinin havadan mühafizə missiyasının mandatını patruldan döyüşə dəyişib.

media-banner_tkm

Yenicag.az-ın məlumatına görə, bu barədə Litva Prezidenti Gitanas Nauseda BNS xəbər agentliyinə bildirib.

“Ankarada keçirilən NATO sammitinin əhəmiyyətli nəticələrindən biri alyansın hava polisi missiyasının hava hücumundan müdafiə missiyası kimi yenidən təsnif edilməsi qərarıdır”, – o deyib.

Aviasiyaya malik olmayan Baltikyanı ölkələr üçün hava məkanına nəzarət onların alyansdakı müttəfiqləri tərəfindən təmin edilir. NATO qırıcı təyyarələri 2004-cü ildən Litvadakı Zoknyay aviabazasında yerləşdirilib. 2014-cü ilin aprelindən etibarən missiyanın ikinci hissəsi Estoniyadakı Emari aviabazasında yerləşir.

Hərbi format alyansın qırıcı təyyarələrinə döyüş əməliyyatlarında iştiraka və Litvanın müdafiə planlarına inteqrasiyaya imkan verəcək.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05