!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

144 ticarət və 160 ictimai iaşə müəssisəsində pozuntular aşkarlandı

!Reklam – Yazi

144 ticarət və 160 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Bununla bağlı Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd edilib ki, pozuntular Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar aparılan monitorinqlər nəticəsində üzə çıxarılıb.

Yoxlamalar aprelin 22-29-da 158 ticarət və 171 ictimai iaşə müəssisəsində həyata keçirilib.

Qeyd edək ki, nəzarət tədbirləri COP29 konfransının keçirilməsi ilə əlaqədar ölkəyə xeyli sayda xarici qonaqların gəlməsi nəzərə alınaraq, tədbir zamanı qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir. İlkin mərhələdə Bakı və Sumqayıt şəhərlərində yerləşən keytrinq, otel və sanatoriyalarda qida təhlükəsizliyi vəziyyətinin öyrənilməsi üçün müvafiq qiymətləndirmə keçirilib, sahibkarlarla bu istiqamətdə maarifləndirilmə işləri aparılıb. Eyni zamanda sözügedən qiymətləndirmədə iştirak edəcək müfəttişlərə tədbirlə əlaqədar müxtəlif mövzularda təlimlər keçirilir.

COP29

www.yenicag.az

181
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv