Sənədli film sektorunda SON DURUM: “Hər bir televiziyanın ayrıca…”

media-hightechnic-468x90

“Mən hesab edirəm ki, hər bir televiziya kanalının ayrıca sənədli filmlər departamenti olmalıdır”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor Tahir Tahiroviç deyib.

media-1751360398_5413458049705832574

Rejissor Azərbaycanda sənədli film sektorundakı son vəziyyətlə bağlı sualı cavablandırıb:

“Bugünkü Azərbaycan kinosunda sənədli filmlərin durğunluğundan danışmaq düzgün olmazdı. Əksinə, son illərdə bu sahədə ciddi canlanma müşahidə olunur. Məsələn, Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) son iki ildə keçirdiyi müsabiqələrdə onlarla sənədli film qalib seçilib. Həmin filmlər arasında olduqca maraqlı və peşəkar ekran işləri var və onlar beynəlxalq festivallarda Azərbaycanı layiqincə təmsil edirlər. Əvvəllər, təxminən on il bundan əvvəl, sənədli filmlərə daha çox televiziya kanalları yer ayırırdı. Müxtəlif televiziya kanallarında bu janra maraq hiss olunurdu. İndi isə vəziyyət dəyişib. Hazırda müstəqil kino şirkətləri sənədli kinoya daha çox üstünlük verir və bunun nəticəsində yüksək səviyyəli, maraqlı sənədli filmlər ərsəyə gəlir”.

Rejissor Azərbaycan televiziyalarında sənədli film istehsalı sahəsində problemlərə də toxunub:

“Azərbaycan televiziyalarında əsas problem ondan ibarətdir ki, sənədli filmlər istehsal edən departamentlər demək olar ki, bağlanıb. Məsələn, həm ARB, həm də ATV bu istiqamətdə fəaliyyətini dayandırıb. Halbuki bu məsələ üzərində ciddi düşünmək lazımdır. Mən hesab edirəm ki, hər bir televiziya kanalının ayrıca sənədli filmlər departamenti olmalıdır. Təəssüf ki, bu gün televiziyalarımızın təxminən 90 faizində belə bir struktur mövcud deyil”.

Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05