Reklam

Reklam

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 150 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Aygün Rəhimovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenicag.az Report-a istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Rəhimova 6 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, A.Rəhimova 3 epizod üzrə dələduzluq etməkdə təqsirli bilinib. İş üzrə ümumi ziyan 150 min manatdır.

Belə ki, o, Bakıda Qüdrət Məmmədovdan şərikli biznes qurmaq adı ilə 85 min manat pul alıb. Lakin qadın onun etibarından sui-istifadə edərək verdiyi sözə əməl etməyib.

Daha sonra “İphone” telefonu satmaq almaq adı ilə yenə Q.Məmmədovdan 14 min manat alıb. Lakin yenə A.Rəhimova pulu dələduzluq yolu ilə mənimsəyib.

Bundan başqa, A.Rəhimova Surxay Məmmədovdan qızl-zinət əşyaları satmaq adı ilə 55 min manat pul alıb. Bu dəfə də o, verdiyi sözə əməl etməyərək, dələduzluq edib.

A.Rəhimova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1304
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."