Şairə Cığatelin yubileyində ƏN BÖYÜK ARZUSU: “Fəxri adım olsun, bir də…” – VİDEOMÜSAHİBƏ

media-hightechnic-468x90

Ömrün daşlı-kəsəkli cığırlarında gah büdrədi, gah yıxıldı, gah durdu, bir ömrü beş ömür kimi zərif çiyinlərində daşıdı. Bəzən dərdlə qol-boyun oldu, bəzən dərdi özündən qovmaq üçün az qala ona yalvardı. Haqq şairi Cığatel İsaqızını deyirəm. 60 yaşa necə gəlib çatdı, heç özü də bilmədi. Buna görə də heyrət içində bir yaşına baxır, bir də özünə. “Hələ içimdəki uşaq böyümədi, hələ yaşlanmağa macalım olmadı, aman Allahım, haradan çıxdı bu 60” deyib körpə səmimiyyəti ilə təəccübünü də gizlətmədi.

Təəccüblənməkdə də haqlıdır. Özünün də dediyi kimi axı “60-ın” cəmi-cümlətani 5-6 ilini doya-doya yaşayıb. Qalan ömrünü isə ağrılarla-acılarla bərabər “yaşamağa və yaşlanmağa davam” deyib. Bəlkə elə buna görə də hər zaman içindən bapbalaca Cığatel kimi boylanıb. Yenə də atası dizinin üstündə oturdub, saçını sığallayır, yenə də boyunu oxşayıb, nazını çəkir…

Yubileyinə hazırlaşan şairə Yenicag.az-a müsahibəsində ən səmimi etirafını edərək, ən böyük arzusunu və gözləntisini dilə gətirdi: Bir balaca “koma”, bir də illərlə gözlədiyi fəxri ad… O günü biz də səbirsizliklə gözləyirik, Cığatel xanım.

Videomüsahibəni təqdim edirik:

Cəvahir

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600