OMON-un QANLI ƏMƏLİYYATI: “İnsanlara qarşı vəhşilik törədilib” – Deputat faktları AÇIQLADI

media-hightechnic-468x90

“Bu hadisə zamanı cinayət-axtarış proseduru qaydalarına qəti əməl edilməyib”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

media-vuqariskenderov1

Millət vəkili ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON birləşmələrinin azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirdikləri əməliyyat və bir neçə nəfərin öldürülməsi ilə nəticələnən hadisəni şərh edib:

“Dünən Rusiyanın Yekaterinburq şəhərində baş verən bu hadisə, təbii ki, hər bir azərbaycanlını hiddətləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı Rusiyaya nota göndərib və vətəndaşlarımızı qətlə yetirən, sifariş verən və icra edən əli olan bütün insanların araşdırılması barədə Rusiyadan cavab gözlədiyi bildirilib. Qeyd etmək lazımdır ki, bu, təəssüf ki, Rusiyada adi hala çevrilib”.

Onun sözlərinə görə, Rusiya, əgər özünü sivil dövlət adlandırırsa, qanunlarla idarə edildiyini iddia edirsə, bu qanunsuzluq haradan qaynaqlanır, açıqlama versin:

“Həmin insanlar Rusiya vətəndaşlarıdır, öldürülənlərdən yalnız biri Azərbaycan vətəndaşıdır. Düşünürük ki, bu qəddar hadisə, bu əməliyyat araşdırılmalı, Rusiya İstintaq Komitəsi bununla bağlı mütləq cinayət işi qaldırmalıdır. Bundan əlavə, həmin bölgənin polis idarəsi bu işdə əli olanları aşkar edib məsuliyyətə cəlb etməlidir”.

Deputat onu da diqqətə çatdırıb ki, bu hadisə zamanı cinayət-axtarış prosesi qaydaları sərt formada pozulub:

“Ümumiyyətlə, hər hansı cinayət işi qaldırılanda hər hansı axtarış keçirilməsinin prosessual qaydaları var və buna qəti əməl edilməyib, insanlara qarşı rəsmən vəhşilik törədilib. İnsanların evlərinə basqın edərək heç nəyə baxmadan onlara qarşı vəhşicəsinə davranıldığı üçün bir neçə nəfər qətlə yetirilib, böyük bir ailəyə böyük itkilər verilib. Təcili Rusiya bununla bağlı təxirəsalınmaz addımlar atmalıdır. Düşünürük ki, hazırkı Rusiya hakimiyyəti bu məsələyə biganə qalmayacaq və bu cinayətdə əli olan bütün insanlar tapılaraq məsuliyyətə cəlb olunacaqlar”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 28.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600