“150 illik ildönümündən sonra iş prinsiplərimizi və yanaşma tərzimizi tənzimləməliyik” – Elçin Şıxlı ilə ÖZƏL VİDEOMÜSAHİBƏ

media-hightechnic-468x90

“Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan milli mətbuatının 150 illiyi ilə bağlı silsilə tədbirlər baş tutacaq”.

Bunu Yenicag.az-a videomüsahibəsində Azərbaycan Jurnalistlər Birliyinin sədri, Ayna.az saytının baş redaktoru, Əməkdar jurnalist Elçin Şıxlı deyib.

Tanınmış jurnalist ilə söhbətimizdə ölkəmizdə medianın rolu, informasiya axınında etibarlılıq məsələləri və ictimai fikrə təsir imkanları barədə geniş söhbət etdik.

E. Şıxlı müsahibəsində qeyd edib ki, informasiya məkanında baş verən dəyişikliklər yeni yanaşmalar tələb edir. Onun fikrincə, bu gün istənilən şəxs öz fikrini ifadə edə bilir, amma bu prosesin sağlam şəkildə tənzimlənməsi vacibdir. Jurnalist bildirib ki, belə bir mühitdə həqiqəti yalandan ayırmaq, cəmiyyət üçün etibarlı informasiya mənbələri formalaşdırmaq əsas vəzifələrdəndir.

Qeyd edək ki, media peşəkarlığının qorunması, jurnalistikanın cəmiyyətə cavabdehliyi, dövlətin informasiya siyasəti və xarici mənbələrdən yayılan yanlış məlumatlarla mübarizə məsələləri də söhbətin əsas mövzuları arasında yer alıb. O, həmçinin medianın ictimai məsuliyyətini vurğulayaraq söyləyib ki, yubiley mərhələsi həm də fəaliyyət prinsiplərimizi yenidən nəzərdən keçirmək üçün fürsətdir.

Daha ətraflı videomüsahibədə.

Rafi Müslümov

Samir Məcidov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600