Danışıqlar masasından SİYASİ SƏHNƏYƏ: Zelenskinin “qorxaq” ifadəsi və Türkiyə AMİLİ

media-hightechnic-468x90

 

“Məqsəd Türkiyənin açıq dəstəyini almaqdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Əlabbas Məhərrəmli deyib.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya prezidenti Vladimir Putini “qorxaq” adlandırması ilə bağlı bəyanatını şərh edib.

Politoloq bildirib ki, ABŞ prezidenti Donald Trampın hakimiyyətə gəldiyi dönəmləri xatırlasaq Zelenski ilə qalmaqallı görüş hər kəsin yadındadır:

“Bu görüşdən sonra Zelenski haqqında müəyyən bir rəy formalaşdı. Daha çox hərbi məsələlərə bağlı biri kimi tanındı. Sistemli düşünməyən, öz gücünə deyil də daha çox başqalarının dəstəyinə söykənən şəxs kimi qəbul olundu. Lakin bu gün vəziyyət fərqlidir. Çünki danışıqlar masasının Türkiyədə qurulması məsələsi gündəmdədir”.

Onun sözlərinə görə, Tramp bu kontekstdə səsləndirdiyi “Putin mənimlə görüşməyənə qədər bu məsələ öz həllini tapmayacaq” bəyanat var:

“Lakin Putin imtina etdi və görüş baş tutmadı. Bu, bir növ bəhanə də ola bilər. Zelenski isə vəziyyətdən maksimum şəkildə istifadə etməyə çalışır. Putini “qorxaq” adlandırmaqla siyasi mesaj verir. Yəni həm informasiya müharibəsində üstünlük əldə etmək, həm də beynəlxalq aləmdə dəstək toplamaq istəyir. Həmçinin danışıqlar masasının NATO üzvü olan Türkiyədə olduğunu anlayır və bundan istifadə etməyə çalışır. Yəni məqsəd Türkiyənin açıq dəstəyini almaqdır. Bir sözlə, burada əsas məqsəd ictimai rəyə təsir göstərmək, informasiya müharibəsində üstünlük qazanmaq, eyni zamanda beynəlxalq aləmdə Rusiya liderini nüfuzdan salmaqdır”, – deyə o, fikirlərini tamamlayıb.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600