Reklam: High Technic
hightechnic

16:30-dan 00:00-a kimi yollar bağlı olacaq-Bakıda

axar.az1396960238yolBu gün 16:30-dan 00:00-a kimi paytaxt Bakıda bir neçə yollar bağlı olacaq.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, Neftçilər prospekti ilə kəsişən bütün küçə və prospektlərdə, Heydər Əliyev prospektində Sabunçu körpüsünədək, Salyan yolu şosesinin 14-cü km-dən şəhərin mərkəzinə doğru, Mikayıl-Müşfiq küçəsi-Parlament prospekti dairəsindən mərkəzə doğru, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Niyazi, Mehdi Hüseyn, Lermontov küçələrində, Azadlıq prospektində, habelə Avropa Oyunlarının keçiriləcəyi inzibati ərazilərə bitişik küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Sürücülər alternativ yol kimi Sabunçu körpüsündən Bakıxanov qəsəbəsinə, Hövsan yoluna (beton yol), Lökbatan dairəsindən Kənar Dairəvi Yola, Bayıl qəsəbəsindən 20-ci sahədən istifadə etməklə Badamdar qəsəbəsinə, Xanlar və Neftçi Qurban küçələrindən istifadə etməklə Gülüstan sarayının yanındakı yola çıxa bilərlər.

Qeyd edək ki, tədbir I Avropa Oyunlarına hazırlıq məqsədi daşıyır.

www.yenicag.az

240