17 nömrəli marşrut avtobusunda insident - Polis işə qarışdı

media-hightechnic-468x90

Bakıda ictimai nəqliyyatda insident yaşanıb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında 17 nömrəli marşrut avtobusunda yaşanıb. Sürücüyə maneəçilik yaradan qadın sərnişini Post Patrul Xidmətinin əməkdaşları avtobusdan kənarlaşdırıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Qazet.az-a açıqlamasında bildirib ki, sürücünün dəfələrlə xəbərdarlığına məhəl qoymayan sərnişin barədə polisə müraciət edilib.

“Sərnişin yol boyu avtobusun qapısının açılmasına maneəçilik yaradıb. Sürücü dəfələrlə xəbərdarlıq edib ki, “ayağınızı çəkin, qapı açılsın”. Sərnişin ayağı ilə qapının açılmasına icazə verməyib. Bu da sərnişinlərin mənzil başına gecikməsi deməkdir. Sürücü təlimata uyğun olaraq həm dispetçer məntəqəsinə, həm də polisə məlumat verib. Dayanacaqların birində polis əməkdaşları yaxınlaşıb sərnişini düşürüblər”, – deyə Mais Ağayev bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600