Plastik butulkalarla evləri soyutmaq mümkündürmü? – Elmi sınaqların nəticəsi açıqlandı

media-hightechnic-468x90

Sosial şəbəkələrdə geniş populyarlıq qazanan və otaq temperaturunu 5 dərəcəyədək aşağı saldığı iddia edilən elektriksiz “Eco-Cooler” soyutma sisteminin effektivliyi barədə elmi araşdırmanın nəticələri açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, nüfuzlu “Nature” jurnalında dərc olunan laboratoriya sınaqları sözügedən mühəndislik layihəsinin real imkanlarının iddia ediləndən xeyli aşağı olduğunu ortaya qoyub.

media-milyonlarin-umudu-olan-bedava-klima-pet-siselerle-evleri-5-derece-serinlettigi-iddia-1800754_photogallery_20260702103318_5

Məlumata görə, ilkin olaraq 2016-cı ildə “Grey Dhaka” agentliyi tərəfindən Banqladeşin elektrik şəbəkəsi olmayan kənd yerləri üçün hazırlanan bu xalq mühəndisliyi layihəsi, kəsilmiş plastik (PET) butulkaların pəncərə çərçivələrinə xüsusi ardıcıllıqla düzülməsi prinsipinə əsaslanır. Layihə rəhbərlərinin iddiasına görə, təbii külək axını butulkanın geniş hissəsindən daxil olub dar boğazından keçərkən təzyiq dəyişikliyinə məruz qalır və bu, daxili məkana daha sərin havanın daxil olmasını təmin edir.

media-milyonlarin-umudu-olan-bedava-klima-pet-siselerle-evleri-5-derece-serinlettigi-iddia-1800754_photogallery_20260702103318_3

Lakin “Nature” jurnalında dərc olunan yeni elmi sınaqlar zamanı Banqladeşin ekstremal isti iqlim şəraiti laboratoriya mühitində eynilə imitasiya edilib və 7 fərqli “Eco-Cooler” modeli yoxlanılıb. Həssas ölçmələrin nəticələrinə əsasən, real şəraitdə və küləyin az olduğu bürülü hava ssenarilərində bu sistem otaq temperaturunu ən yaxşı halda cəmi 0,2 dərəcə aşağı sala bilir. Tədqiqatçılar qeyd edirlər ki, sistem qlobal və effektiv bir soyutma həlli olmaqdan ziyadə, olduqca məhdud imkanlara malik sadə bir havalandırma cəhdidir.

media-milyonlarin-umudu-olan-bedava-klima-pet-siselerle-evleri-5-derece-serinlettigi-iddia-1800754_photogallery_20260702103318_4

Ekspertlərin rəyinə görə, texniki göstəricilərinin zəif olmasına baxmayaraq, “Eco-Cooler” layihəsi elmi ədəbiyyatda kısıtlı imkanlarla reallaşdırılan qənaətcil innovasiyanın önəmli bir simvolu hesab olunur. Sistemin əsas əhəmiyyəti onun soyutma gücündə deyil, zəif infrastruktur və yoxsulluq şəraitində plastik tullantılardan yerli səviyyədə təkrar istifadə ideyasını stimullaşdırmasındadır.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05