!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

20 günə dil öyrədən xarici dil KURSLARI – Nələrə diqqət etmək lazımdır?

!Reklam – Yazi

“Xarici dil öyrənmək uzunmüddətli məruz qalma, çalışma, səy, əzm tələb edən bir işdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında 20, 30, 40 günə xarici dil öyrədəcəyini iddia edən xarici dil kursları və xarici dil kursu seçərkən diqqət edilməsi lazım olan məqamlar barədə danışan təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov deyib.

Onun sözlərinə görə, hər hansı xarici dili bütövlükdə 1 ay, 40 günə öyrənmək mümkün deyil.

“Bu, absurd və sadəcə diqqət cəlb etmək üçün istifadə olunan fikirdir. 20-30 günə sadəcə bir neçə cümlə, ifadə, bir neçə situasiyada danışıqda istifadə oluna biləcək cümlələr öyrənilə bilər. Yoxsa, bir xarici dili 20-30 günə öyrənmək praktiki olaraq mümkün deyil. İnsanın əzbəri, sözləri bilmə, qrammatikanı öyrənmə qabiliyyəti buna yetməz. Bu, sadəcə, reklam məqsədli istifadə olunan anlayışlardır. Amma belə bir reallıq var ki, insan bir dilə nə qədər çox məruz qalarsa, o qədər tez öyrənər. Yəqin ki, həmin 20-30 günə xarici dil öyrədəcəyini iddia edən kurslar danışığa, daha çox dilin istifadəsinə köklənir. Ona görə də deyir ki, biz insanlara daha tez dil öyrədə bilərəm”, – deyə o vurğulayıb.

Ekepsert bildirib ki, onların metodikasında danışıq daha ön planda olduğu üçün danışıqda gündəlik çox istifadə olunan sözləri, cümlələri, söz birləşmələrini öyrənə bilər.

“Amma bu bir dilin qısa müddətdə mümkün olduğu mənasına da gəlmir. Xarici dil öyrənmək uzunmüddətli çalışma, səy, əzm tələb edən bir işdir. Amma əlbəttə gündəlik insana zəruri lazım ola biləcək bəzi ifadələri insan bir aya öyrənə bilər”, – deyə o əlavə edib.

Q.Məhərrəmov xarici dil kursu seçərkən diqqət edilməsi lazım olan məqamlardan da bəhs edib.

“Xarici dil kursu seçərkən əvvəlcə sınaq dərsinə gedərək, oturulmalıdır. Buna demo dərs də deyirlər. Demo dərsdə müəllimin dərsləri necə keçdiyinə baxmaq lazımdır. Əsas məsələ müəllimin necə dərs keçməsidir. Çünki nəticədə tələbəyə lazım olan kursun adı və ya harada olmağı, raklamının yaxşı olmağı deyil, əsas vacib amil müəllimdir.

Məsələn, müəllimin ingilis dilində rahat istifadə edib edə bilməməsini, dərslər ingilis dilində keçirmi, bu kimi məsələlərə diqqət yetirilməlidir. Əgər dərs bütövlükdə ingilis dilindədirsə, o dərsdə həmin dili öyrənmək olar. Yoxsa ki, müəllim dərsi Azərbaycan dilində keçirilsə, o dərsdə qrammatikanı öyrənmək olar, danışmaq olmaz”, – deyə o, fikirlərini yekunlaşdırıb.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv