Tənzilə Rüstəmxanlı Türk Dünyası Gənclər Şurasının başqanı ilə görüşdü - FOTO

media-hightechnic-468x90

 

Azərbaycan Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlı Türkiyənin paytaxtı Ankara şəhərinə işgüzar səfər çərçivəsində Tənzilə Rüstəmxanlı Türk Dünyası Gənclər Şurasının başqanı Ramazan İzol ilə görüşüb.

media-96b88e57-829a-4bf4-ae4d-983c0412b5ca

Yenicag.az xəbər verir ki, görüşdə qarşılıqlı əlaqələr, qarşıda duran fəaliyyət istiqamətləri, iki qardaş ölkənin QHT-ləri arasında mədəni və sosial əlaqələrin daha da genişləndirilməsi üçün bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib və bir sıra məsələlər müzakirə olunub.

Görüş zamanı Türk dövlətlərinin vətəndaş cəmiyyəti sahəsində əməkdaşlığının gücləndirilməsi ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa