!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“200-ə yaxın insan...” - Bazarlarda epidimioloji vəziyyətlə bağlı HƏYƏCAN TƏBİLİ - VİDEO

!Reklam – Yazi

“Üç gün ərzində bölgələrdə monitorinqlər apardım. Gəncə bazarında 200-ə yaxın insan saydım, alıcı və satıcılar arasında yalnız birində maska gördüm”.

Bir neçə gün öncə koronavirusa yoluxma halı ilə bağlı Şəki bazarının bağlanması iri satış mərkəzlərində sanitar epidimioloji vəziyyəti gündəmə gətirib.

Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin üzvü Eyyub Hüseynov mövcud vəziyyəti dəyərləndirib:

“Vəziyyətin yumşaldılması ilə bağlı mütəmadi müşahidələrə başladım. Üç gün ərzində bölgələrdə monitorinqlər apardım. Gəncə bazarında 200-ə yaxın insan saydım, alıcı və satıcılar arasında yalnız birində maska gördüm. Digər rayonlarda da həmçinin, avtobuslar, iri satış mərkəzləri ağzına kimi dolu idi. Amma bir nəfər də maska taxmamışdı. İnsanların kütləvi üz tutduğu iri satış mərkəzlərində sanitar-epidemioloji qaydalara əməl olunmur. Bu da pandemiya ilə bağlı vəziyyətin pisləşməsinə və mənfi fəsadlara yol aça bilər.

Elə bir neçə gün öncə, sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin koronavirus infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə Şəki bazarı bağlandı. Baxmayaraq ki, bazarda mütəmadi olaraq profilaktik tədbirlər görülürdü, amma yoluxma halları aşkarlandı. Bunun da əsas səbəbi insanların bazarda tibbi qaydalara əməl etməməsidir. Biz dəfələrlə deyirik ki, maska taxılmalıdır, tibbi qaydalara əməl olunmalıdır. Əks halda, nəticə ağır olur”.

Cəvahir

www.yenicag.az

813
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv