2035-ci ildə məşqçiliyə fasilə verəcək

media-hightechnic-468x90

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola məşqçilik karyerasına ara verməyi düşünüb-düşünmədiyi haqda sualları cavablandırıb.

Yenicag.az xəbər verir ki, mütəxəssis hazırda yoluna davam etdiyini, lakin 2035-ci ildə məşqçiliyə fasilə verməyi düşündüyünü söyləyib:

“Yəqin ki, mən yalnız 2035-ci ildə belə şeyi etmək haqqında düşünəcəyəm. Uzun illər bir iş görəndə, hər şey tədricən dəyişir. Bu, təbii prosesdir. Klub, oyunçular və məşqçilər də dəyişiklikləri hiss edirlər.

Biz ilk zamanlardakı kimi deyilik. Bunun səbəbləri çoxdur. Klub rəhbərliyi ilə yaxşı münasibətim var. Amma məsələ təkcə mən deyiləm. Bir çox insan, o cümlədən bəzi işçilərim komandanı tərk edib.

Hər kəsin öz məqsədləri və baxış bucağı var. Amma hələlik, mən buradayam, qarşınızdayam. Sonrasına isə baxarıq”.

Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa