!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

24 yaşlı gənc dənizdə batdı

!Reklam – Yazi

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü İsrafilov Rafiq Zeynal oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv