Gənc xanım şəhər meri seçkilərində hakim partiyanın namizədinə qalib gəlib.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiyanın İrkutsk vilayətində yerləşən Ust-İlimsk şəhərinin növbədənkənar mer seçkilərində Liberal-Demokrat Partiyasının (RLDP) namizədi, 28 yaşlı evdar qadın Anna Şyokina qələbə qazanıb.
Məlumata görə, seçicilərin 43,85 faizinin səsini qazanan Şyokina hakim “Vahid Rusiya” Pariyasının namizədini 6,5 faiz qabaqlayıb.
www.yenicag.az