PREZİDENT Müdafiə Şurasının TƏCİLİ İCLASINI çağırıb
Rumıniya Prezidenti Nikuşor Dan Qalats şəhərində PUA ilə bağlı insidentdən sonra ölkənin Ali Müdafiə Şurasının təcili iclasını çağırıb.
Yenicag.az APA-nın “Mediafax”-a istinadən verdiyi xəbərə əsasən bildirir ki, Nikuşor Dan dron hadisəsini Rusiyanın Ukraynaya qarşı təcavüzünün başlanmasından bəri Rumıniya ərazisində ən ciddi hadisə adlandırıb.
“Qətiyyətlə bildirirəm ki, bu hadisəyə görə bütün məsuliyyəti Rusiya Federasiyası daşıyır”, – Rumıniya Prezidenti vurğulayıb.
O qeyd edib ki, bu hadisə Rusiyanın Ukraynaya qarşı müharibəsinin və Moskvanın NATO sərhədləri yaxınlığında silahdan məsuliyyətsiz istifadəsinin birbaşa nəticəsi olub.













