3000 gənc “Xocalıya ədalət!” istədi-Fotolar
Yürüş aksiyasında 3000-dən çox fəal gənc iştirak edib.
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: «Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu».
Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi.
Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən Xocalı faciəsinin ildönümü münasibətilə “Xocalıya ədalət” şüarı altında gənclər təşkilatları üzvlərinin iştirakı ilə yürüş təşkil edildi.
Yürüş 26 fevral 2015-ci il tarixində, saat 04.30-da Xocalı prospektində ucaldılmış “ANA FƏRYADI” abidəsinin önündən başlayaraq dənizkənarı milli parka qədər keçirilməsi və şamlarla işıq saçan fənərlərin səmaya buraxılması formatında yekunlaşdı(xəbər1.az).