Ərəfə günü Məkkədə Azərbaycan üçün dualar edildi - VİDEO

media-hightechnic-468x90

Ərəfə günü müqəddəs Məkkə şəhərində Azərbaycanın şəhidlərinin ruhuna dualar oxunub, Ulu Öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və ailəsinə xeyir-dualar edilib, dövlətimizin firavanlığı və uğurlarının davamlı olması arzulanıb.media-img-20260527-wa0000

Məlumata görə, həcc ziyarətində olan tanınmış ilahiyyatçı alim Yaşar Qurbanov Azərbaycan zəvvarları qarşısında çıxış edərək ölkəmiz üçün dualar edib. O, çıxışında Azərbaycanın təhlükəsizliyi, birliyi və uğurlarının daha da artması üçün Allahdan mərhəmət və bərəkət diləyib.

Dualar zəvvarlar tərəfindən böyük rəğbətlə qarşılanıb. Xüsusi diqqət çəkən məqamlardan biri isə duaların Azərbaycan bayrağı altında edilməsi olub. Ehrama daxil olduqdan sonra edilən dualar müqəddəs Kəbənin yaxınlığında səsləndirilib.

Zəvvarlar bu mənəvi anların Azərbaycan üçün xüsusi önəm daşıdığını vurğulayaraq, ölkəmizin daim sülh, sabitlik və inkişaf içində olması üçün dualar etdiklərini bildiriblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05