31 il əvvəl şəhid olan Nurəli Abdullayev dəfn olundu

media-hightechnic-468x90

Otuz bir il əvvəl Şuşada – Daşaltı uğrunda gedən döyüşlərdə şəhid olan Nurəli Abdullayev paytaxtın Suraxanı rayonunun Bülbülə qəsəbəsində Şəhidlər xiyabanında torpağa tapşırıldı.

Yenicag.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, sakinlər, qazilər iştirak ediblər.

Şəhid Nurəli Abdullayev yaylım atəşi və Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Nurəli Abdullayev Şuşa rayonunun Daşaltı kəndi ərazisində qalıqları aşkar edilmiş yeddi nəfərdən biridir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa