Macarıstan Aİ-nin Ukrayna ilə növbəti danışıqlar mərhələsinə razılıq verdi

media-hightechnic-468x90

Macarıstan Avropa İttifaqının iyulun 14-də Ukraynanın üzvlüyü ilə bağlı danışıqların növbəti istiqaməti üzrə müzakirələrə başlamasına razılıq verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə Macarıstanın Avropa İttifaqı məsələləri üzrə keçmiş naziri Yanoş Boka “Facebook” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin yekdil qərarı əsasında iyulun 14-də Ukrayna ilə danışıqların altı klasterindən ikincisi açılacaq. Bununla da Ukrayna üzvlük prosesində Serbiyə çatacaq və Bosniya və Herseqovina, Şimali Makedoniya və Kosovonu geridə qoyacaq.

Boka vurğulayıb ki, bu, Ukraynanın Aİ-yə sürətlə qəbul olunması anlamına gəlmir və proses yalnız real nailiyyətlər əsasında davam etdirilir. O əlavə edib ki, Macarıstan Ukraynanın sürətləndirilmiş üzvlüyünü dəstəkləmir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05