310 milyon yaşlı yumurta

media-hightechnic-468x90

65480Milyonlarla yaşı olan köpək balığı (akula) yumurtası alimləri təəccübləndirib. Mançester universitetinin arxeoloqları Donkaster şəhəri yaxınlığında qədim akulanın daşlaşmış yumurtasını tapıb. Tapılan yumurta 310 milyon il əvvələ aiddir. Alimlər tapıntının belə saxlanmasına çox təəccübləniblər. Belə ki, daşlaşma bu tip yumurtalara aid xüsusiyyət deyil.

Qədim akulanın yumurtası xüsusi qabığın içərisində tapılıb. Mütəxəssislərin sözlərinə görə, müasir akula növlərinin çoxu da yumurtanı məhz belə qoyur. Yumurta qoyan akulaların bu növ vəhşi balıqların 40%-ni təşkil edir. Bunlara dəniz dibi və sahil akulaları aiddir.

Donkaster yaxınlığında qədim yumurtadan başqa buğumayaqlıların və molyuskaların qalıqları da tapılıb. Paleontoloqlar tapıntıları növbəti araşdırmalar üçün yerli muzeyin əməkdaşlarına təqdim ediblər

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600