AFFA klubları cərimələdi
AFFA İntizam Komitəsinin iclasında bir sıra klub cəzalandırılıb.
“Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün o, 700 manat cərimə edilib. Baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmayacaq və klub 10000 manat cərimə ödəyəcək.
“İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “İmişli” komandası 3000 manat cərimələnib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmaycaq, klub 500 manat cərimə ödəyəcək.












