ABB-nin sirli komissiyası: "Texniki məsələ" yoxsa yeni "taktika"? - ŞİKAYƏT

media-hightechnic-468x90

Azərbaycan Beynəlxalq Bankının (ABB) müştərisi ölkə daxilində həyata keçirdiyi kartdan-karta köçürmə zamanı əvvəlcədən bildirilməyən əlavə komissiya tutulduğunu iddia edib.

Yenicag.az xəbər verir ki, Şikayətçinin sözlərinə görə, köçürmə zamanı tətbiqdə komissiya, vergi və ya hər hansı əlavə xərc barədə heç bir məlumat göstərilməyib, lakin əməliyyat başa çatdıqdan sonra kartdan 29.08 manat əlavə məbləğ çıxılıb.

Müştəri bildirib ki, həmin kartdan digər kartlara köçürmələr həmişə komissiyasız olub və əlavə ödəniş olduğu halda sistem bunu əvvəlcədən göstərib:

“Əgər 29.08 manat tutacaqlarını əvvəlcədən görsəydim, köçürməni ümumiyyətlə etməzdim. Bu, yeni ‘taktika’dır? Komissiya hissəsində heç nə yazılmır, amma əməliyyatdan sonra balansdan çıxılır. Bunun adı saxtakarlıqdır.”

Şikayətçi məsələ ilə bağlı ABB-yə müraciət etdiyini, bankın bunu “texniki məsələ” kimi izah etdiyini bildirib və mənimsənilmiş məbləğin təcili qaytarılmasını tələb edir.

O, əlavə edib ki:

Köçürmə ölkə daxilində aparılıb, xarici əməliyyat deyil.

Əvvəllər komissiya tətbiq ediləndə tətbiq avtomatik olaraq bu məlumatı göstərirdi.

Bu dəfə heç bir bildiriş olmayıb.

“Təsəvvür edin, mağazada 1000 manatlıq alış-veriş edirsiniz, amma kartdan 1030 manat çıxılır – bu tam olaraq eyni vəziyyətdir.”
Şikayət sosial mediada bir neçə istifadəçi tərəfindən də müzakirə olunub və oxşar halların baş verdiyi iddia edilir./32gun.az/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa