"Sadə vətəndaşın şansı yoxdur!": MİDA-nın lotereya sistemindəki "GÖRÜNMƏZ ƏLLƏR" - VİDEO

media-hightechnic-468x90

Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sosial mənzil lotereyası illərdir davam edən “görünməz əllərin” oyuncağına çevrilib. Sadə vətəndaşların mənzil əldə etmək şansı minimal qalır, sistem isə böyük şübhələr doğurur.

Yenicag.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan və geniş rezonans doğuran videogörüntüdə vətəndaş MİDA tərəfindən həyata keçirilən sosial mənzil satışının qeyri-şəffaf olduğunu bildirərək sərt narazılığını ifadə edib.

Vətəndaşın iddialarına görə, satış elan olunan kimi sistemə daxil olmasına baxmayaraq, bütün mənzillər bir anda “satılıb” görünür. Şikayətçi bildirir ki, bu sürət adi internet istifadəçisi üçün fiziki olaraq mümkün deyil və proses yalnız formal xarakter daşıyır.

“Sistemə daxil oluruq, ancaq mənzillərin hamısı saniyələr içində ‘satılıb’ görünür. Bu, normal vətəndaşın müraciət sürəti deyil,” deyə vətəndaş qeyd edib.

Şikayətçinin fikrincə, mənzillər xüsusi hakerlər tərəfindən müdaxilə yolu ilə götürülür. Bu da öz növbəsində sözügedən hakerlərin MİDA daxilindəki bəzi şəxslərlə mümkün əlaqələrinin olduğu barədə ciddi şübhələr yaradır.

Vətəndaş əlavə edib ki, 2017-ci ildən etibarən, yəni layihənin başlanğıcından bəri, hər il eyni vəziyyət təkrarlanır. Nəticədə, illərdir ev növbəsində gözləyən sadə vətəndaşların sosial mənzil əldə etmək şansı faktiki olaraq yoxdur.

Vətəndaşlar hesab edirlər ki, həssas kateqoriyaların mənzilə çıxışını təmin etmək üçün yaradılan bu layihə ədalətli paylanma prinsipini itirərək monopoliyaya çevrilib. Nəticədə, real ehtiyac sahibləri sistemdən kənarda qalır və mənzillər “görünməz əllərin” oyununa çevrilir.

Ətraflı videogörüntünü təqdim edirik:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa