32 min manatdan çox saxta pul dövriyyədən çıxarıldı

media-hightechnic-468x90

Ötən il milli valyutada 379 ədəd (32611 manat) saxta pul nişanı, xarici valyutada isə 503 ədəd saxtakarlıq əlamətləri müəyyən edilmiş pul nişanı aşkarlanaraq tədavüldən çıxarılıb və müvafiq tədbirlərin görülməsi üçün hüquq mühafizə orqanlarına təqdim edilib.

Yenicag.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Qeyd edilib ki, əhalidə olan yararsız pul nişanlarının ekspertizaya qəbul edilməsi və dəyişdirilməsi məqsədilə Mərkəzi Bank tərəfindən Bakı şəhərində və ərazi idarələrində yaradılmış nağd pul ofisləri fəaliyyətini davam etdirib. Hesabat ili ərzində əhalidən 6.7 mln. manat (155.2 min ədəd) pul nişanı qəbul edilərək dəyişdirilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600