Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Fətullahçıların “Ceyhun Osmanlı” planı- Mustafa Saatçı nazirlərin qapısını təpiklə açmaq icazəsini kimdən alıb?

Screenshot_2015-07-12-01-32-22(1)Son günlər Fətullah Gülənin Azərbaycandakı emissarları aktivləşiblər. Belə ki, bir il öncəsinə qədər dostları ilə ancaq Facebook hesabının inboxunda danışan Ceyhun Osmanlı və Elnur Aslanov yenidən aktivləşiblər. Yenicag.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, fətullahçı gəncləri bir arada tutan imamlar payızda keçiriləcək seçkilər üçün start veriblər:

“Hazırda Ceyhun Osmanlının yenidən gündəmə gəlməsinə çalışırlar. Onun “yuxarılar” tərəfindən bağışlanıldığı və yenidən millət vəkili olacağına dair şaiyələr yayırlar. Neçə vaxtdan bəri susan deputatın Avropa Oyunları zamanı aktivləşməsi də bundan xəbər verir. Hətta bağışlanmasını elan edərək, qonaqlıq verdiyini söyləyənlər də az deyil.

Camaat Ceyhun Osmanlı kartını irəli sürməklə maraqlı bir gediş edir. Belə ki, C.Osmanlının yenidən seçilməsinə çalışmaqla bərabər diqqəti digər namizədlərindən yayındırmaq istəyir. Yəni, bütün diqqət C.Osmanlının üzərində olacağından digər namizədlər rahat şəkildə təbliğatlarını aparacaqlar”.

Osmanlının yenidən telekanala çıxmasında isə İstanbuldakı dostlarının rolunun olduğu bildirilir.   Belə ki, Azərbaycan əleyhinə “The Guardian”, “Washington Post”, “Hürriyyət” kimi qəzetlərdə yazıların dərc olunmasına “yaşıl işıq” yandıranlar Osmanlının bu yazıları ilə həm müridlərinə dəstək vermək, həm də Azərbaycan iqtidarına qarşı güclərini göstərmək istəyiblər.

Osmanlıya dəstək verən “kasset”li məmurlar da az deyil.

Məlumatda qeyd olunur ki, aktivləşən təkcə Ceyhun Osmanlı deyil. Gülənin fəxri sədri olduğu Gazeteciler ve Yazarlar Vəqfinin jurnalı olan “Dialoq Avrasiya”nın Azərbaycan təmsilçisi Mustafa Saatçı da son aylarda gərgin çalışır. Gizli görüşlərə start verən Saatçı Ənvər Özərənin media üzrə təmsilçisidir. Heç bir fəaliyyəti olmadığı, hətta rəhbəri olduğu qurumun saytı iki ildən bəri yenilənmədiyi halda Mustafa Saatçı Azərbaycanda rahat şəkildə yaşamaqdadır. Xarici vətəndaşlar rəsmi fəaliyyət olduğu halda min bir bürokratik əngəllə üzləşsələr də, ölkədə bu şəxsə “sənin nə işin var” deyə soruşan yoxdur. Təbii ki, M.Saatçının “mən Azərbaycanda istənilən məmurun qapısını təpiklə açıram” sözləri bu məqamda aktuallıq qazanır.

Xatırladaq ki, Ənvər Özərəndən sonra Camaatın əsas adamları arasında Qafqaz Universitetinin rektoru Ahmed Sanıcın adı çəkilir. ABŞ-ın Azərbaycandakı əsas beyin mərkəzlərindən olan QU da bu prossesdə aktiv çalışmaqdadır.

Screenshot_2015-07-12-03-38-55(1)Görüşlərin keçirilmə adresslərindən biri kimi isə fətullahçı gənclərin əsas toplanma mərkəzlərindən olan “Özsüt” kafesi göstərilir. Bildirilir ki, gülənist olduğunu inkar etməyən, hətta dövlətə bu barədə meydan oxuyan, təkcə sahibi olduğu kafedə deyil, sosial şəbəkələrdə də “gücümüz birliyimizdədir” şüarı altında təşkilatçılıq edən Sabir Niftalıyevin məkanı yenidən gizli görüşmə yerlərindən birinə çevrilib. Xüsusilə Ramazan ayındakı sahur və iftarlardan bu məsələdə maksimum yararlanan fətullahçılar məsələyə fərqli rəng verməməyə çalışırlar. Fəqət daha çox dövlətdə vəzifə tutan şəxslər, müxalif media mənsubları ilə xüsusi görüşlər burada baş tutur.

Mənbə qeyd edir ki, payızdakə parlament seçkilərinə ciddi hazırlaşan fətullahçılar təkcə iqtidarın siyahısına “sızmağı” planlaşdırmırlar: “Hazırda 2015-ci il parlamentində müxalifəti təmsil edəcək namizədlər arasında da öz adamlarının olmasına çalışırlar. Vaxtilə Ceyhun Osmanlı, Elnur Aslanovla birlikdə olan bir neçə QHT rəhbəri müxalifət bloklarından namizəd olacaqlar. Artıq onlardan birinin mübarizə aparacağı dairə də müəyyənləşib. Həmin şəxs Nəsimi rayonundan namizəd olacaq”.

Seçkidə fətullahçı namizədlərə ən böyük dəstəyin isə TUSİAB-a bağlı şirkətlərdən gələcəyi bildirilir. Gülən Camaatının “himmət” paralarının toplanma yeri olan TUSİAB-ın adı son günlərdə hərbi hissələrə səfərləri ilə hallanır. Nəzərə alsaq ki, əksər missioner təşkilatlar kimi fətullahçılar üçün də Ordu daim maraq mərkəzi olub, parlament seçkiləri öncəsi bu heç də təsadüfi deyil. Hər halda öz ölkəsinin ordusunun başına min bir oyun açan, Gülən kimi ekstremistlərə qarşı olan paşaları saxta dəlillərlə həbs etdirən Camaatdan bizim orduya da xeyir gəlməz.

Yenicag.az

Günün sualı: Xarici idmançıların uğradığı avtobus qəzasının videosunu müxalif medianın əlinə keçməsində fətullahçı gənclərin rolu varmı? 2003-cü ilin aprel ayında keçmiş Respublika sarayında baş verən hadisənin videosunu xarici mediaya satan fətullahçılar bu dəfə hansı xəyanətə imza atdılar? Bizi izləyin..,

www.yenicag.az

354
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM