Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elnur Aslanovun “Moskva” qrupu da hərəkətə keçdi – Video

70885Fətullah Gülən Şəbəkəsinin yenidən aktivləşdiyinə dair məlumat vermişdik. Qeyd etmişdik ki, Elnur Aslanov-Ceyhun Osmanlı liderliyindəki şəbəkə tam bir il “hər şey yaxşı olacaq” şifrəsi ilə hücrələri qoruduqdan sonra aktivləşməyə qərar veriblər.

Qarşıdan parlament seçkiləri gəlir və Milli Məclisdə ciddi dəyişiklərin olacağı qaçınılmazdır. Gülən Şəbəkəsi bu seçkidə açıq və gizli namizədləri ilə aktiv iştirak edərək, parlamentdə böyük qrupla təmsil olunmaq istəyir. Bu səbəbdən də iqtidar partiyasından və iqtidaryönlü müstəqil gənclər olaraq seçkilərə qatılmağı planlaşdırır.

Ceyhun Osmanlı və 2010-cu ildə Elnur Aslanovun “siyahısı” üzrə seçilənlərlə yanaşı yeni namizədlər üzərində işlənilir. Bakıdan və rayonlardan 70-ə yaxın mandat alaraq, parlamentdə üstünlüyü ələ keçirmək istəyən qrup Elnur Aslanovu da parlamentdə görmək niyyətindədir. “Yuxarılar”dan Elnur Aslanov üçün “icazə alınılması” çalışılmasının arxasında da o millət vəkillərinin dəstəyi ilə yenidən yüksəlişə keçmək niyyəti dayanır.

Türkiyədə olduğu kimi burada da bütün hücrələri oyandıran Şəbəkə hər tərəfdə zəfər toplantıları-ziyafətlər keçirərək, “amnistiya”ya düşdükləri mesajını verirlər.

Belə əyləncələrdən biri də Ceyhun Osmanlının nəzarətində olan Rusiyadakı azərbaycanlı fətullahçılar tərəfindən keçirilib. Yenicag.az-a təqdim olunan videodan göründüyü kimi gənclərin ziyafətində pullar göyə sovrulmaqdadır. Necə də olsa, qaz gələn yerdən toyuq əsirgənməz…

Video azərbaycanlı fətullahçıların qurduğu Azərbaycan – Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzinin bir neçə gün öncə Novruz bayramı ilə bağlı təşkil etdiyi gecədə qeydə alınıb. Bu videoda oynayan gənclərin başına pul səpənin isə təşkilatın gənclər məsələləri üzrə nümayəndəsi Elnur Məmmədovdur.

Dəfələrlə Ceyhun Osmanlı və Rauf Mərdiyevi Moskvaya dəvət edən həmin mərkəz sonuncu dəfə Elnur Aslanovun kadrlarından olan ASAİF-in rəhbərlərindən Nəcibə Mustafayevanı Moskvada qonaq etmişdi. Mərkəz “fətullahçı” söhbətindən sonra vitrinində kosmetik dəyişiklik etsə də, yenə “Xidmət”in əmrində qalıb.

Qısacası, 2015-ci il ciddi mübarizə ili olacağını artıq indidən göstərməkdədir. Bir müddət öncəsinə qədər yer altına çəkilən qüvvələr artıq savaşmağa hazırdırlar. Çünki bu seçkini itirmək istəmirlər. Təbii ki, bu məsələdə ən böyük dəstəyi “kasset” qurbanı olan yüksək vəzifə sahiblərindən alacaqlarına da əmindirlər.

Yenicag.az

www.yenicag.az

438