Böyük Britaniya kraliçası II Elizabetin taxta çıxmasının 70-ci ildönümü böyük coşquyla qeyd ediləcək.
Yenicag.az xəbər verir ki, platin yubiley çərçivəsində bu gün başlayacaq tədbirlər iyunun 5-dək davam edəcək.
Bu münasibətlə London küçələri Birləşmiş Krallıq və yubileyin rəmzi olan bayraqlarla bəzədilib, Oksford prospektində isə kraliçanın şəkilləri asılıb.
Bu gün, həmçinin koronavirus pandemiyasının başladığı tarixdən sonra ilk dəfə hərbi parad da təşkil ediləcək. Parada 1400-dən çox hərbçi, 400 musiqiçi və 200 atlı qatılacaq.
İyunun 5-də Bakinqam sarayı ətrafında çox sayda şənlik təşkil ediləcək, yeməklər veriləcək.
Yubiley münasibətilə kraliçanın yeni portreti də yayımlanıb.
Qeyd edək ki, kraliça Elzabet 1952-ci ildə taxta çıxıb.
www.yenicag.az