Körfəzdə “qırmızı xətt” keçilir: “Hər hansı bir eskalasiya ABŞ-ın İslam dünyasındakı imicinə ağır zərbə vuracaq”

media-hightechnic-468x90

“Həm Həcc ziyarəti, həm də Qurban bayramı ərəfəsində hər hansı bir eskalasiyanın yaşanması ABŞ-ın da İslam dünyasındakı imicinə ciddi zərbə vura bilər”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib.

media-whatsapp-image-2026-05-22-at-13-08-28

Ş.Həsənova ABŞ və İran arasında yaranan durğunluğun danışıqlar prosesindən başqa, Həcc ziyarətinə də müəyyən təsirlər etdiyini və Trampın Həcc ərəfəsində müəyyən dairələrin təzyiqindən çəkinməsi ilə əlaqəli olduğunu qeyd edib:

“Builki Həcc ziyarəti Yaxın Şərqdə davam edən geosiyasi qarşıdurmalar fonunda baş tutacaq və bu, ən həssas dini-siyasi hadisələrdən biri kimi qiymətləndirilir. İlk dəfədir ki, Səudiyyə Ərəbistanı birbaşa təhlükəsizlik riskləri ilə üz-üzədir və belə bir reallıqda milyonlarla zəvvar ölkəni ziyarət edəcək. Deməli, Həcc ziyarəti artıq dini ibadətdən çıxaraq, həm də regional təhlükəsizlik və siyasi sabitlik məsələsidir. Təbii ki, ziyarət Səudiyyə Ərəbistanı üçün strateji əhəmiyyət daşıyır. Çünki ölkə müsəlman dünyasında öz liderlik mövqeyini qoruyub saxlamağa çalışırsa, bu baxımdan zəvvarların təhlükəsizliyi və müqəddəs məkanların qorunması onun üçün vacibdir. Əgər hər hansı bir eskalasiya olarsa, bu sadəcə humanitar böhran deyil, həm də ciddi siyasi reputasiya itkisi deməkdir. ABŞ və Avropa ölkələri öz vətəndaşlarına Səudiyyə Ərəbistanına getməməklə bağlı xəbərdarlıq ediblər. Bu faktın özü də ondan xəbər verir ki, Qərb tərəfi riskləri yüksək qiymətləndirir”.

Fəlsəfə üzrə elmlər doktoru bu il milyonlarla müsəlmanın Həcc ziyarətindən təhlükəsizlik səbəbi ilə imtina etdiyini diqqətə çatdırıb:

“Digər tərəfdən isə milyonlarla müsəlman Həcc planlarından imtina edir. Bu, həm də çox böyük maliyyə itkisi deməkdir. Çünki təhlükəsizlik amili ilə yanaşı, əlavə təşkilati məsələlər də nəzərə alınır ki, bu da olduqca böyük resurs tələb edir. Təbii ki, belə bir mənzərənin yaşanması İran üçün də xoşagəlməyən bir durum yaradacaq və İslam dünyasında ciddi reputasiya boşluğu ilə üz-üzə qalacaq. Nəzarətdən çıxan hərbi risklər də ola bilər. Məsələn, raket qalıqlarının düşməsi, dronların istiqamətini itirməsi – hər biri qarşısıalınmaz humanitar böhrana gətirib çıxara bilər.

Həm Həcc ziyarəti, həm də Qurban bayramı ərəfəsində hər hansı bir eskalasiyanın yaşanması ABŞ-ın da İslam dünyasındakı imicinə ciddi zərbə vura bilər. Düşünürəm ki, bu istiqamətdə Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri vahid mövqedən çıxış etməlidirlər. Regional müharibə yalnız hərbi deyil, ekoloji və beynəlxalq təhlükəsizlik baxımından da ciddi nəticələr doğura bilər. Ona görədir ki, Səudiyyə Ərəbistanı hava hücumundan müdafiə sistemlərini gücləndirir, müqəddəs məkanların ətrafında raket kompleksləri yerləşdirir. Deməli, Körfəz regionu hazırda son dərəcə həssas təhlükəsizlik balansı üzərində dayanır. Həcc Yaxın Şərqdə dini təhlükəsizlik və geosiyasətin necə bir-biri ilə ayrılmaz şəkildə bağlı olduğunu göstərir. Əgər atəşkəs pozularsa və regionda hərbi eskalasiya baş verərsə, bu sadəcə İran və ya ABŞ-la məhdudlaşacaq təsirlər buraxmayacaq, həm də İslam dünyasına çox böyük təsir göstərəcək, qlobal təhlükəsizlik mühitinin zəif olduğundan xəbər verəcək. Bu baxımdan dövlətlər bu məsələyə son dərəcə həssas yanaşırlar ki, media məkanında yayılan xəbərlər insanlar arasında panikaya səbəb olmasın”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05