Yaxın iki gündə hava qeyri-sabit olacaq: Külək, yağış, sulu qar, dolu...
Sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.
Yenicag.az xəbər verir ki, bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var.
Gündüz tədricən kəsiləcək. 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
Sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.