"Embawood"un bu reklamı qınandı: "Qeyri-peşəkarlıqdır" - FOTO
Bu gün Bakıda baş verən qəza ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib. Qəza görüntüləri ictimaiyyət tərəfindən tam həzm edilməmiş “Embawood” şirkətinin bunu reklam üçün istifadə etməsi isə birmənalı qarşılanmayıb.
Şirkətin bu cür reklam strategiyası izləməsin münasibət bildirən məşhur marketoloq Müşfiq İskəndərov “Embawood”u qeyri-peşəkarlıqda ittiham edib.
“Real Time Marketinq” çox diqqət ediləsi, çox lazımlı, həm də effektiv addımdır .
Di gəl ki, bunu “Embawood” kimi qeyri-peşəkar etməyəsən. İnsanlar hadisənin mahiyyətini anlamağa çalışdığı bir zamanda mənəvi yükləndiyi, iki yaralının olduğu hadisəyə RTM edib mebel fabrikinin yük avtomobili ilə əvəzləyib, guya tez çatdırırıq mesajı əksinə məsuliyyətsizliyin mesajına çevrildi.
Taksi sürücülərindən cəmiyyətin narazı olduğu, təkmilləşməsi üçün addımlar atılan vaxt götür, öz markanı qoy qınaq obyektinin içinə.
Ona görə deyirəm, post ideyası vermək, dizayn etmək o qədər də çətin iş deyil, amma markanın portretini çizib, onu canlandırıb, dilini başa düşməyənə qədər bu problemlərin ardı arası kəsilməyəcək”, – deyə o bildirib.