“Neftçala” “Salyan”ı öz meydanında məğlub etdi
2024/2025-ci illər mövsümü üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Həvəskarlardan ibarət komandalar arasında keçirilən AFFA Region Liqasının F qrupunda (Cənub zonası) növbəti oyun keçirilib.
Salyan rayonunda keçirilən oyunda “Neftçala” Futbol Klubu ilə Salyanın “Salyan OİK” futbol komandası qarşılaşıb.
Oyun 1:2 “Neftçala” Futbol Klubunun qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, ötən oyundan etibarən “Neftçala” Futbol Komandası Region Liqasında millət vəkili Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə “Makro2000” Şirkətlər Qrupunun baş sponsorluğu, “Yeni Çağ” Media Qrupunun media dəstəyi ilə iştirak edir.