Baydendən terrorçulara NÖVBƏTİ DƏSTƏK: ABŞ PKK-ya 170 milyon dollar ayırır

media-hightechnic-468x90

ABŞ Müdafiə Nazirliyinin xətti ilə terrorçu PKK-nın Suriya qanadı olan PYD-yə bağlı Suriya Demokratik Qüvvələrinə (SDQ) 170 milyon dollar məbləğində yardım göstərməyi nəzərdə tutur.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu məsələnin də yer aldığı yardım büdcəsi layihəsinin bu gün ABŞ Konqresində səsverməyə çıxarılacağı gözlənilir.

Məlumata görə, Pentaqon Vaşinqtona səfər edən SDQ təmsilçiləri ilə aparılan müzakirələrdən sonra terrorçulara 170 milyon dollar yardım göstərilməsini məqbul sayıb.

Qeyd olunur ki, ayrılacaq vəsait, əsasən, SDQ-nin “döyüş qabiliyyətinin yüksəldilməsi”nə sərf ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600