“Qarabağ” klubu dünya reytinqində 10 pillə irəlilədi

media-hightechnic-468x90

“Qarabağ” klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.

Yenicag.az-ın “Report”a istinadən məlumatına görə, Azərbaycan çempionu 143.5 xalla 114-cü sırada qərarlaşıb.

“Zirə” (94,75 xal) 220-ci yerdən 233-cü pilləyə düşüb. 26 mövqe irəliləyən “Sabah” (68.5 xal) 367-ci ola bilib.

“Araz-Naxçıvan” (58,75 xal) isə 492-ci yerdən 454-cü sıraya qalxıb.

Qeyd edək ki, 501 klubun olduğu siyahıya İspaniya təmsilçisi “Real” (490 xal) başçılıq edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600