Kremldən Türkiyə seçkisi ilə bağlı açıqlama
Kremlin sözçüsü Dmitri Peskov Türkiyədəki seçkinin nəticəsi ilə bağlı açıqlama verib.
“Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda qalib gələrək hakimiyyətini uzatdı. Artıq Rusiya da Türkiyə ilə bağlı iddialı hədəflərini həyata keçirməyi səbirsizliklə gözləyir.
Rusiya-Türkiyə ortaq layihələrinin reallaşmasına gəlincə, artıq çox yüksək dinamika var. Təbii ki, bu dinamikanın davam edəcəyini gözləyirik, çünki hədəflərimiz həqiqətən də iddialıdır”.