Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"AA" nömrəli avtomobilin sürücüsündən TƏHLÜKƏLİ TRYUK - Qanunu belə pozdu / ANBAAN VİDEO

“AA” nömrəli avtomobillə qayda pozan sürücünün videogörüntüsünü oxuculardan biri qeydə alaraq redaksiyamıza göndərib.

Yenicag.az xəbər verir ki, 31-AA-107 qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilin sürücüsü iyulun 2-i İsmayıllı rayonu Xanagah kəndi ərazisində hərəkətdə olarkən bütöv xəttin tələbini pozaraq əks istiqamətli hərəkət zolağında ötmə əməliyyatı edib.

Daha sonra o, yenidən bütöv xəttin tələbini pozaraq qismən əks zolağa keçib, lakin qarşıdan avtomobillər gəldiyi üçün ötmə əməliyyatını həyata keçirə bilməyib.

Videodan da aydın şəkildə görünür ki, sürücü qaydaları pozub getdiyi ünvana tez çatmaq istəsə də, videoqeydiyyat aparılan avtomobildəki intizamlı sürücü ilə ard-arda gedir.

Yəni qaydaları pozmaq onun tez çatmasına yox, təhlükə və hətta qəzayla üzləşməsinə yol açır./Avtosfer/

www.yenicag.az

378
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100