!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

AAK ictimai xadimləri və media rəhbərlərini mükafatlandırdı - FOTO/VİDEO

!Reklam – Yazi

Avropa Azərbaycanlıları Konqresi (AAK) Bakıda media və ictimaiyyət nümayəndələri ilə görüş keçirib.

Yenicag.az xəbər verir ki, görüşdə ötən il Azərbaycan Milli Mətbuatının 145-ci ildönümü münasibətilə AAK tərəfindən mükafatlandırılan media rəhbərlərinə və yubileyləri olan ictimai xadimlərə təsis edilmiş xüsusi medalın təqdimetmə mərasimi baş tutub.

Təqdimetmə mərasimində Azərbaycan Türk Qadınlar Birliyinin (ATQB) və Azərbaycan Türkiyə Evinin (ATEV) sədri Tənzilə Rüstəmxanlı, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin (AKMƏM) sədri Məlahət Qurbanova, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) İctimai Birliyinin sədri İlham İsmayılov, Real TV-nin baş direktoru Mir Şahin Ağayev, “Teleqraf Holdinq”in rəhbəri Aynur Camal, “Yen Müsavat” Media Qrupunun baş redaktoru Azər Ayxan, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Demokrat.az” saytının rəhbəri Vasif Həsənli və “İnterpress.az” saytının rəhbəri Toğrul Allahverdili iştirak edib.

 

AAK-ın təltif etdiyi media rəhbərləri və ictimai xadimlər onların fəaliyyətinə verilən dəyərə görə konqres rəhbərliyinə təşəkkür edib, ürək sözlərini iştirakçılarla bölüşüblər.

Qeyd edək ki, sözügedən təqdimetmə mərasimi ötən il koronavirus pandemiyası səbəbindən təxirə salınmışdı.

www.yenicag.az

827
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv