!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalı ilə bağlı məhkəmə niyə təxirə salındı?

!Reklam – Yazi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru Abel Məhərrəmovun adı hallan torpaq qalmaqalı ilə bağlı növbəti məhkəmə prosesi baş tutmayıb.

Yenicag.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, prosesin baş tutmaması hakimlərin işə çıxmaması ilə bağlı olub. Bu baxımdan, iclas iyunun 24-nə təxirə salınıb.

Məlumat üçün deyək ki, iş hazırda apellyasiya mərhələsindədir. Apellyasiya şikayətini iddiaçı Nazim Əmirov verib. Onun şikayətinə hakim Fuad Məmmədovun sədrliyi ilə baxılır.

Nazim Əmirov ehtiyatda olan polkovnik-leytenantdır. Polkovnik-leytenantın iddiasına görə, Abel Məhərrəmov ona məxsus torpaq sahəsini ələ keçirib. Nazim Əmirov iddia etdiyi ərazi keçmiş rektorun xanımı Rəhimə Mahmudovanın adına rəsmiləşdirildiyi üçün polkovnik-leytenant onu da məhkəməyə verib.

Birinci instansiya məhkəməsi Nazim Əmirovun iddiasını təmin etməyib. Bu baxımdan, o, apellyasiya şikayəti verib.

COP29

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv