Almaniyada “Mercedes-Benz”in işçiləri etiraz aksiyalarına çıxıblar
Almaniya avtomobil istehsalçısı olan “Mercedes-Benz Group AG”nin minlərlə əməkdaşı xərclərin azalması üzrə yeni proqrama görə etiraz aksiyalarına çıxıb.
Yenicag.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın ən böyük həmkarlar ittifaqı olan “IG Metall”a istinadən SWR teleradio şirkəti məlumat yayıb.
“Cümə günü bütün Almaniya boyu minlərlə Mercedes əməkdaşı şirkətin xərcləri azaltmaq kursuna qarşı etiraz aksiyalarına çıxıb… Etirazlarda 20 minə yaxın işçi iştirak edib”, – məlumatda bildirilib.
“Mercedes-Benz Group AG” Almaniyadakı 90 min əməkdaşını illik mükafatsız qoyacaq. Şirkət rəhbərliyi həmçinin əlavə ödəniş etmədən iş həftəsinin müddətini uzatmağı planlaşdırır. “Handelsblatt”ın hesablamalarına görə, qənaət edilən məbləğ 10 milyon avrodan çox təşkil edə bilər.













