Baş nazirin sabiq müavini Abid Şərifovun ailə biznesinə aid olduğu deyilən Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) Açıq Səhimdar Cəmiyyətində (ASC) ciddi maliyyə problemləri yaranıb.
Yenicag.az xəbər verir ki, Abid Şərifov vəzifəsindən getdikdən sonra “EVRASCON” ASC-də işlər heç də qaydasında getmir.
Şirkətin Direktorlar Şurasının sədri İsmiyev İsmayıl-Əfəndi Hacımurad oğlunun adına olan qurumun Dövlət Vergi Xidmətinə 345 min 619 manat 85 qəpik vergi borcu var.
![](https://cdn.qaynarinfo.az/2022-10/1664971921_fbf2a85fe2b751baa8307809ffc5cc1d1-jpg.jpg)
ASC tender yolu ilə sonuncu dəfə 09.10.2020-ci il tarixində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə 104051.86 AZN-lik müqavilə bağlayıb.
Böyük məbləğdə vergi borcu olan ASC-nin sədri İsmiyev İsmayıl – Əfəndi Hacımurad oğlu adına kiçik MMC və QSC-lər yaratmaqla rəhbəri olduğu qurumu “bataqlıqdan” çıxarmağa çalışır.
![](https://cdn.qaynarinfo.az/2022-10/1664971922_c4b3057ebfc15162ff9596b836d539362-jpg.jpg)
7 iyun 2022-ci il tarixində adına 300 min manatdan çox vergi borcu olan İsmiyev İsmayıl – Əfəndi Hacımurad oğlu nizamnamə kapitalı 692624.27 manat olan “RİBAT” Qapalı Səhmdar Cəmiyyətini yaradıb.
Tenderlərdən uzaqlaşdırılan şirkətin sonuncu dəfə 08.12.2021-ci il tarixində “Sulutçay” qum-çınqıl yatağı üzrə keçirilən hərracın qalibi olub.
![](https://cdn.qaynarinfo.az/2022-10/1664971922_1cd421e16d914a2ccaaa69e9f10866043-jpg.jpg)
Artıq şirkətlə bağlı xeyli sayda məhkəmə çəkişmələri də var. Belə ki, Mahmudov Mübariz Almas oğlu maddi ziyanın və mənəvi zərərin ödənilməsi ilə bağlı “EVRASCON”nu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib.
![](https://cdn.qaynarinfo.az/2022-10/b6ea5e6bd756133e6cbc96bc5baaad1a4-jpg.jpg)
Qeyd edək ki, bir neçə il əvvəl Abid Şərifov “EVRASCON” ASC-nin Qazaxıstan fialında baş verən qalmaqalla bağlı İsmiyev İsmayıl – Əfəndi Hacımurad oğlunu belə təmizə çıxarmışdı: “Bu adam şirkətin rəhbəridir, hər şeyi bilməlidir və bilir də. Bu şirkətin rəhbəri mənim qardaşımdı”./Qaynarinfo/
www.yenicag.az