ABŞ Azərbaycanda süni intellekt yaradılmasını dəstəkləyəcək

media-hightechnic-468x90

Birləşmiş Ştatlar Azərbaycanla kosmik sənayedə əməkdaşlığa və özəl sektorun iştirakı ilə ölkədə süni intellekt sahəsində məlumat emalı mərkəzlərinin yaradılması da daxil olmaqla rəqəmsal infrastruktura investisiyalara yardım etmək niyyətindədir.

Yenicag.az-ın məlumatına görə, bu, fevralın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Vitse-prezidenti Cey Di Vens tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının mətnində öz əksini tapıb.

Sənəd süni intellekt üzrə tərəfdaşlıqların inkişafında qarşılıqlı əlaqənin genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, tərəflər kosmik sahədə layihələri dəstəkləmək və rəqəmsal ekosistemə investisiyalar cəlb etmək niyyətindədirlər.

Bundan əlavə, beynəlxalq ən yaxşı təcrübələrə əsaslanaraq, Bakı və Vaşinqton ixtisaslaşdırılmış dəstək mexanizmlərinin yaradılması imkanını nəzərdən keçirməyi planlaşdırırlar. Söhbət ETTİ-nin (elmi-tədqiqat və təcrübi-konstruktor işləri – red.) birgə maliyyələşdirmə alətlərindən, innovasiya “körpülərindən”, həmçinin kibertəhlükəsizlik və süni intellekt sahəsində sahəvi təşəbbüslərdən gedir.

Gözlənilir ki, belə addımlar özəl vençur kapitalının cəlb edilməsinə, texnoloji inkişafın erkən mərhələlərinin risklərinin azaldılmasına və işləmələrin kommersiyalaşdırılmasının sürətləndirilməsinə kömək edəcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05