!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir

!Reklam – Yazi

ABŞ Azərbaycanla Ermənistan arasında birbaşa danışıqları dəstəkləyir.

Yenicag.az xəbər verir ki, bunu bu gün brifinq zamanı ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller deyib.

“Tərəflərin danışıqları davam etdirməsi ilə bağlı xəbərləri alqışlayırıq. Dövlət katibi (Entoni – red.) Blinken keçən həftə açıq şəkildə bildirdi ki, sülh əldə edilə bilər. Birbaşa dialoq problemlərin həlli və davamlı sülhə nail olmaq üçün açardır. Biz tərəflərə bu işdə, o cümlədən onlarla birbaşa qarşılıqlı fəaliyyətlə dəstəyimizi davam etdirəcəyik”, – deyə M.Miller bildirib.

Onun sözlərinə görə, ABŞ əlçatan olan davamlı həllə nail olmaq üçün birbaşa danışıqların vacib olduğunu hesab edir.

“İstər Vaşinqtonda, istər Brüsseldə, istərsə də dünyanın istənilən yerində bu danışıqları dəstəkləyirik”, – deyə o əlavə edib./Trend/

COP29

www.yenicag.az

373
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv