!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ABŞ ciddi çağırışlarla və çətinliklərlə ÜZ-ÜZƏ: Ölkənin iqtisadi sistemi dəyişə bilər

!Reklam – Yazi

“Bu gün 100 ilə yaxındır dünyanın supergücü olan, qlobal ticarətə və dəniz yollarına nəzarət edən, qlobal valyutaya malik olan, dünyanın ən böyük istehlak bazarı hesab edilən, 11 trilyon dollar xarici sərmayəyə, 35 trilyon dollar borca və 28 trilyona yaxın ÜDM-ə malik, dünya tarixinin ən böyük iqtisadi gücü olan Birləşmiş Ştatların yarandığı gündür”.

Yenicag.az xəbər verir ki, bu barədə “The Atlantic” nəşri məlumat yayıb.

Nəşr yazır ki, ABŞ-ın bu gün 248 yaşı tamam olur.

“ABŞ qlobal sistemdə yeganə supergücdür (superpower). Qlobal sistem elə qurulub ki, sistemdə iki hegemon ola bilməz hələlik bir hegemon var. İki hegemonun olması üçün sistem modefikasiya olunmalı və ya dağılmalıdır”, – deyə nəşr qeyd edib.

Qəzetin analitiklərinin fikrincə, bir çox insan ABŞ-ı Roma imperiyası ilə müqayisə edir.

“Lakin ABŞ hərbi olaraq heç bir zaman Roma olmayıb. Hətta analitiklər hesab edir ki, İngiltərə belə süpergüc olduğu zaman ABŞ-dan hərbi olaraq daha güclü olub. Lakin ABŞ dünyada ən böyük iqtisadi imperiyadır və bu günə qədər ABŞ qədər güclü ikinci iqtisadi imperiya olmayıb”, – deyə bildirilib.

“Hazırda qlobal sistem 1945-ci ildə əsası qoyulan 1948-ci il və 1970-ci illərdə modefikasiya edilmiş neoliberal sistemdir ki, bu sistemin banisi ABŞ-dır.

Bu sistem fərqli qollara bölünür. Sistemin hərbi qolu NATO-dur. Sistemin siyasi qolu BMT-dir. Sistemin maliyyə qolu isə “Bretton-Woods” (BVF,BYIB və DB)modelidir”,– deyə məlumatda qeyd olunub.

“Birləşmiş Ştatların təkbaşına hökmranlıq etdiyi 1990, 2000-ci illərə baxanda hazırda ABŞ ciddi çağırışlarla və çətinliklərlə üz-üzədir. Xüsusilə Birləşmiş Ştatların daxilində gedən ciddi sosioloji dəyişiklər bütün dünyaya təsir edəcək. ABŞ hazırda istehlak edən ölkədən, istehsal edən ölkəyə və idxalatçı sinifdən, ixracatçı sinfə keçməyə çalışır ki, bu da böyük ölçüdə bütün iqtisadi sistemi dəyişdirə bilər”, – bildirilib.

Rafi Müslümov

www.yenicag.az

93
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv