“Amerikalı siyasətçilər 2053-cü ildə dövlət borcunun ÜDM-dən 2 dəfə çox olacağını proqnozlaşdırırlar”.
Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın sürətlə artan dövlət bborcunun perspektiv həddi haqda danışan rusiyalı iqtisadçı Vladimir Qriqoryev deyib.
Onun sözlərinə görə, ABŞ-ın ilkin maliyyə mənbələrindəki göstəricilər ölkənin dövlət borcunun qarşıdakı 30 ildə hansı həddə qədər artacağını müəyyənləşdirməyə imkan verir:
“ABŞ Konqresinin profil komitəsinin saytına baxsaq, orada yerləşdirilmiş 2053-cü ilə qədər olan uzaq perspektivdə dövlət borcunun Ümumi Daxili Məhsulun (ÜDM) 195 faizini təşkil edəcəyi məqbul sayılıb. Başqa sözlə, amerikalı siyasətçilər 2053-cü ildə dövlət borcunun ÜDM-dən 2 dəfə çox olacağını proqnozlaşdırırlar. Yəni həmin müddətə qədər ABŞ-ın dövlət borcu 42 trilyon, yaxud da 52 trilyon dollara çatır”.
A.Zeynalov
www.yenicag.az