ABŞ-ın əvəzsiz yardımı, Rusiyanın silah-sursatı…
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov ötən gün “TRT Türk”ün qonağı olub, aparıcının Xocalı soyqırımı ilə bağlı suallarını cavablandırıb.
C.Bəhramov qeyd edib ki, Xocalı soyqırımına hazırlıq ən azı 200 illik bir dövrü əhatə edir. Onun sözlərinə görə, 1813 və 1828-ci illərdə Rusiya Şimali Azərbaycanı işğal edəndən sonra Osmanlı və Qacarlar İranı torpaqlarından erməniləri kütləvi şəkildə Şimali Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvan, İrəvan xanlıqlarının ərazisinə və Qarabağa köçürüb: “Hətta onlar 1978-ci ildə ermənilərin Rusiya imperatorluğu tərəfindən köçürülməsinə abidə qurdular. Yəni həmin abidə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsini təsdiq edirdi. Rusiya imperatorluğu çökdükdən, yəni 1917-cui ildən sonra, 1918-20-ci illərdə ermənilər yenə də azərbaycanlılara qarşı soyqırımı törətdilər. Ermənilər soyqırımlarını həm Cənubi, həm də Şimali Azərbaycan ərazilərində azərbaycanlılara qarşı həyata keçirdilər. Bu soyqırımlar zamanı ermənilər ən azı 700 min insanı qətlə yetirdilər”.
Erməniləri dəstəkləyənlər
Alim açıqlayıb ki, ermənilərin arxasında çar Rusiyası, ABŞ, Fransa, İngiltərə, ümumiyyətlə, Bakı nefti uğrunda mübarizə aparan dövlər durmuşdu: “Onların dəstəyi ilə erməni Qriqoryan kilsəsi bu soyqırımları həyata keçirib”.
Qondarma “erməni soyqırımı”nın heç bir əsası yoxdur
C.Bəhramov 1915-ci il hadisələrinə də toxunub və ermənilərin ortaya atdığı iddialara münasibət bildirib. Onun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın heç bir əsası yoxdur: “Dünyaya böyük mədəniyyət verən xalq, sıyqırımı törədə bilməz! Əslində soyqırımı ermənilərin özləri və onları türk xalqına qarşı qaldıran fransızlar, ingilislər, ruslar, amerikanlar törədiblər. Onlar indi də erməniləri dəstəkləyirlər”.
ABŞ-ın əvəzsiz yardımı, Rusiyanın silah-sursatı…
Ermənistanın müstəqil ölkə olmadığını vurğulayan C.Bəhramov deyib ki, Xocalı faciəsini təkcə ermənilər deyil, həm də onların ağaları Rusiya Federasiyası törədib: “Ermənilər himayadarlarının dəstəyi ilə bu soyqırımı törətdilər. Sizə bir faktı deyim. 1992-ci ildən 2008-ci ilə qədər ABŞ ermənilərə əvəzsiz olaraq 4 milyard, 356 milyon dollar yardım ediblər. Rusiya Dağlıq Qarabağdakı separatçı rejimə 2 milyard dollarlıq silah-sursat verib. Sual olunur, bu, nə üçündür və kimə qarşıdır?.. Heç şübhəsiz, Azərbaycan və türk xaqlqına qarşıdır”.
Roma papası Xocalı ilə bağlı ermənilərə nə yazmışdı?
Alim Xocalı ilə bağlı daha bir faktı da xatırladıb: “Roma papasi II İohan Pavel 1992-ci il fevralın 4-də ermənilərə məktub yazır. Məktubda ermənilərə yazır ki, “Xocalını alsanız, mən gəlib orda dua oxuyacam”. Əgər Roma papası belə deyirsə… Xocalı soyqırımı zamanı ermənilər 32 ölkədən olan jurnalistləri tanka yerləşdirib və törətdikləri cinayətləri lentə alıblar. Amma həmin dəhşətləri guya azərbaycanlıların ermənilərə qarşı tərətdiyi kimi dünyaya təqdim ediblər. Baxın, belə yerdə əxlaqsızlığın sərhədi görünmür…”.
Artıq Xocalı soyqırımını dünya tanıyır…
C.Bəhramov bildirib ki, Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndən sonra ermənilərin yalanları ifşa olunmağa başladı. Onun sözlərinə görə, Leyla Əliyeva tərəfindən bir neçə ildir başladılan və hazırda da davam edən “Xocalıya ədalət” kampaniyası nəticəsində dünya Xocalı soyqırımını tanımağa başlayıb: “Onu da deyim ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə Türk dünyasına, İslam dünyasına qarşı törədilmiş soyqırımdır”.
Türkiyəyə qardaş məsləhəti, sətiraltı mesaj və…
“Ermənilər xəyanətkardır, ona görə də onlara güvənməyin!”
C.Bəhramov, həmçinin Türkiyə hökumətinə bəzi tövsiyələr, sətiraltı mesajlar verib və onları ermənilərdən ehtiyalı olmağa çağırıb: “Təbii ki, biz Türkiyənin daxili işlərinə qarışmırıq. Amma bir qardaş olaraq tövsiyəmiz var: ermənilərlə çox ehtiyalı olun! Yardımçı götürürsünüz (Yəqin Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni əsilli jurnalist Etyen Mahçupyanı baş müşavir təyin etməsinə işarət edilir-A.S), yüz minlərlə erməninin sərhədi keçdiyini, Türkiyədə sənəsiz yaşadığını deyirsiniz və sair. Onlar qarışqa deyil… Quş deyil ki, uçub sərhədi keçsinlər. Bəs onlar Türkiyədə necə peyda olurlar? Ehtiyyatlı olun! Bu yerdə 2 min il bundan əvvəl Roma tarixçisinin ermənilərlə bağlı bir fikri yadım düşdü. Yazır ki, “onlar da insandı, amma evlərində dörd ayaq üstə gəzirlər”. Bu ifadənin mənasını anlayırsınızmı?.. Yalançılıq, xəyanət onların qanındadır və milli xüsusiyyətləridir. Ona görə də bir Azərbaycan vətəndaşı olaraq, qardaş ölkənin vətəndaşı kimi türk qardaşlarımıza tövsiyəm budur: onlara güvənməyin!”.
“Türkiyə ilə sərhədləri ermənilər yox, biz açacağıq, bunu bilsinlər!”
C.Bəhramov onu da qeyd edib ki, Azərbaycan xalqı və dövləti indi çox güclüdür: “Monte Melkonyanı məhv edən Azərbaycan əsgəridir. Bizim onlarla İbad Hüseynov, Mübariz İbrahimov kimi mətin Azərbaycan əsgərimiz var. Onlar Azərbaycan torpaqlarını-Zəngəzuru, İrəvanı azad edəcək və Türkiyə ilə sərhədləri ermənilər yox, biz açacağıq, bunu bilsinlər!”
Atif Sarıxanlı
Həmin videosüjeti təqdim edirik:(a24.az).