ABŞ-ın Rusiyaya təklif etdiyi Ukrayna şərtləri bəlli oldu

media-hightechnic-468x90

jhghjmnbABŞ tərəfindən Rusiyaya Ukrayna böhranının həlli ilə bağlı təklif olunmuş sənəddə yerləşdirilmiş bəndlər bəlli olub.

Bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Mətbuat sənəddə Krımın geri qaytarılmaması ilə bağlı bəndin yerləşdirilməməsinə xüsusi diqqət edib. Sənəddə rus qoşunlarının 1 mart tarixindəki bazalarına qayıtması, ATƏT nümayəndələrinin Krım və Ukraynaya daxil olmasına şərait yaradılması, Kiyev və Moskva arasında birbaşa danışıqların aparılması və 25 may seçkilərinin nəticələrinin tanınması məsələləri yerləşdirilib.

Qeyd edək ki, bir az öncə Rusiya ilə ABŞ-ın Xarici İşlər Nazirlikləri arasında görüş baş tutmuşdu. Görüşdə Sergey Lavrov əsas istəklərinin Ukraynanın federasiya tipli dövlətə çevrilməsi olduğunu bildirmişdi(axar.az).

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa